Xəbərlər
BVF-nin regional direktoru Bakıya gəlir
Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Orta Asiya ölkələri Departamentinin direktoru Cihad Azur Azərbaycana səfər edəcək.
Bu barədə Fondun Bakı ofisindən məlumat veriblər.
C.Azur Bakıya sentyabrın 13-də gələcək.
Bu, BVF-nin departament direktorunun Azərbaycana ilk səfəridir.