Xəbərlər
AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana səfər edəcəklər

Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun və bir neçə komitəsinin iclası keçirilib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri iclaslarda iştirak ediblər.
AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı məruzə layihəsinin ilkin variantı təsdiqlənib.
Komitənin Azərbaycan üzrə həmməruzəçilərinin sentyabrın 13-dən 17-dək ölkəmizə səfəri razılaşdırılıb.