YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Qarşıdan gələn seçkilərdə qələbəmiz şübhəsizdir

«Bütün seçkilərdə olduğu kimi, bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının qələbəsi şübhəsizdir». Bu fikri YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, qarşıdan gələn bələdiyyə seçkilərində də qadınların və gənclərin daha çox iştirakı gözlənilir. Onun sözlərinə görə, YAP qələbələr partiyası olaraq bu seçkilərə ciddi şəkildə hazırlaşır.

«Partiyamız bütün seçkilərdə ona rəqib olmağa çalışan digər qüvvələr üzərində ardıcıl qələbələr qazanıb. Çünki YAP bütün mənalarda xalqın etimadını qazanmış bir güclü siyasi təşkilatdır. Bu gün biz bələdiyyə seçkilərinə hazırlaşdığımız bir zamanda müxalifət düşərgəsi hələ də tərəddüd içində qalmağa davam edir. Çünki düşərgə təmsilçiləri də yaxşı bilirlər ki, onlar ötən 20 ildən artıq bir müddətdə müxalifət kimi nəninki xalqın etimadını qazana biliblər, eyni zamanda olan-qalan elektoratlarını, soaial bazalarını da itirməyə məhkum olublar. Xalq onlara etimadsızlığı çoxdan ifadə edib»- deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.