Xəbərlər
Seymur Orucov: Azərbaycanın daha bir nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi dövlətimizin gücünün və qüdrətinin ifadəsidir
«Azərbaycanın daha bir nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi dövlətimizin gücünün və qüdrətinin ifadəsidir». Bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.
S.Orucov bildirib ki, Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu çox əhəmiyyətli bir tədbirdir. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən olduqca fəal, mütərəqqi gəncləri, eləcə də nüfuzlu şəxsləri Bakıda bir araya gətirmək gözəl ideyadır.
«Qlobal Gənc Liderlər Forumu çərçivəsində yaşlı və gənc nəslin nümayəndələrinin apardıqları fikir mübadiləsi önəmlidir. Hər iki nəslin bir-birindən öyrənəcəyi şeylər çoxdur. Bütün bunlar həm özümüzün, həm də yaşadığımız dünyanın dəyişməsinə kömək edə bilər. Ümumiyyətə, Qlobal Gənc Liderlər Forumu dünyanın daha da yaxşıya doğru dəyişməsinə öz töhfəsini verəcək. Çünki Bakı şəhəri daim dünyanı narahat edən problemlərin müzakirə olunduğu və onların həlli yollarının araşdırıldığı bir məkandır»- deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.