Xəbərlər
“Beynəlxalq Ordu Oyunları-2017”də iştirak edəcək Azərbaycan hərbçiləri Qazaxıstana yola düşüblər
“Beynəlxalq Ordu Oyunları-2017” çərçivəsində keçiriləcək “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyəti Qazaxıstana yola düşüb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Müsabiqələr avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.