YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maksim Kuryaçi: Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi saxta “prezident seçkiləri” növbəti təxribatdır

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn bütün normalarının nümayişkaranə şəkildə pozulmasından başqa bir şey deyildir. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçi söyləyib.

O deyib: “Təcavüzkar saxta demokratik prosedurların köməyi ilə öz cinayətini legitimləşdirməyə, beynəlxalq birliyi oyuncaq rejimin yaradılması faktı qarşısında qoymağa çalışır. Tarix yetərincə belə nümunə tanıyır və onların hamısının aqibəti eyni olub”.

Ali Rada deputatının sözlərinə görə, ukraynalılar işğal edilmiş ərazilərdə “prezident seçkiləri” ilə bağlı məzhəkəni birmənalı şəkildə davam edən təcavüz və Azərbaycan Respublikasına qarşı növbəti təxribat kimi qiymətləndirirlər.

DİGƏR Xəbərlər Arxiv