Xəbərlər
Tacikistanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zohir Saidov ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfir Zohir Saidov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov səfir Zohir Saidova gələcək fəaliyyətində uğurlar arzu edib.