YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Brüsseldə Azərbaycan-Aİ əməkdaşlığının hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların növbəti raundu keçirilib

İyulun 19-da Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sazişin siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunmuş bu danışıqlarda tərəflər arasında məhsuldar fikir mübadiləsi aparılıb.

Danışıqların növbəti raundunun görüşlər, eləcə də videokonfranslar vasitəsilə davam etdirilməsi razılaşdırılıb.