YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Pedaqoqların peşəkar inkişafı ilə əlaqədar onlarda bütün keyfiyyətlərin təkmilləşməsinə xidmət edəcək lazımi qərarlar veriləcək

“Bakıda müəllimlərin sınaq qiymətləndirilməsi müstəqil ölkə tarixində ilk dəfə keçirilən tədbir idi. Qəbul etməliyik ki, bu vaxta  qədər müəllim ordusunun keyfiyyət göstəriciləri - ixtisas biliyi, metodika və onun tətbiqi, psixoloji durumunun hansı səviyyədə olması haqqında dəqiq təsəvvürümüz yox idi”. Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, təkmilləşdirmə ilə bağlı müvafiq təlimlərin həyata keçirilməsi, dərs yükünün bölgüsü və s. ilə bağlı verdiyimiz qərarlar bəzi aspektlər nəzərə alınmadan verilirdi.

“Daha doğrusu, müayinə etmədən bu və ya digər xəstəliyi müalicə etməyə çalışırdıq. Hazırda isə biz müəllimlər haqda daha çox məlumatlıyıq. Sınaq qiymətləndirməsinə qədər müəllimlər haqda bildiklərimiz yalnız anket məlumatları idi. Onların nə zaman anadan olduqlarını, hansı ali təhsil müəssisəsini bitirdiklərini və nə qədər stajlarının olması barədə məlumatları bilirdik. Eyni zamanda biz müəllimlərin harada işləməsi, nə qədər dərs yükünün ayrılması, təkmilləşdirilmə təlimlərinə göndərilib-göndərilməməsi və hansı keyfiyyətlərin təkmilləşdirilməsi ilə bağlı qərar qəbul etməli idik. Sonra nə olacaq? Bundan sonra pedaqoqların peşəkar inkişafı ilə əlaqədar onlarda bütün keyfiyyətlərin təkmilləşməsinə xidmət edəcək lazımi qərarlar veriləcək”-deyə, nazir qeyd edib.