Xəbərlər
Nizami Cəfərov: Naxçıvanda üç ölkənin müdafiə nazirlərinin görüşü vacib hadisədir
Naxçıvanda üç ölkənin müdafiə nazirlərinin görüşü vacib hadisədir. Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, nazirlərin görüşü regional təhlükəsizliyin müzakirəsi baxımından mühümdür. Onun sözlərinə görə, xüsusilə Azərbaycanla Türkiyə arasında bu tipli müzakirələr aparılır.
«Bu cür görüşlər çox vacib məsələdir. Birgə layihələr türkdilli dövlətlərin bölgədə nüfuzunun daha da artmasında mühüm rol oynayacaq. Eyni zamanda, bu tipli əməkdaşlıq ölkələrimizin dünya miqyasında mövqelərinin gücləndirilməsinə daha güclü təsir edə bilər»- deyə, N.Cəfərov qeyd edib.