Xəbərlər
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Naxçıvanda görüşü planlaşdırılır
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə avqustun 18-də Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmazın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır. Bu barədə Trend Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.
Səfər çərçivəsində Naxçıvan şəhərində müdafiə nazirlərinin Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovla görüşü, o cümlədən, nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar, Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin, Naxçıvanda yerləşən tarixi və mədəni abidələrin ziyarət olunması və bir sıra digər tədbirlər nəzərdə tutulub.
Müdafiə nazirlərinin Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.