Xəbərlər
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Bakı şəhərində avqustun 18-dən 20-dək "Əməliyyat İmkanları Konsepsiyası tibb bölməsinin inkişaf etdirilməsi" mövzusunda seminar keçiriləcək. Bununla yanaşı, avqustun 18-dən 22-dək "Əldə hazırlanmış partlayıcı qurğularla mübarizə" mövzusunda təlim kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.