YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransalı deputat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransanın xarici işlər nazirinə sorğu göndərib

Fransa Milli Assambleyasının üzvü Jan-Fransua Mansel avqustun 10-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın Soçidə baş tutan görüşündən sonra Fransanın xarici işlər nazirinə sorğu ilə müraciət edib.

Jan-Fransua Mansel Fransanın xarici işlər naziri Loren Fobiusa bir daha xatırladıb ki, Fransa Rusiya və Amerika Birləşmiş Ştatları ilə birgə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir.

Bu barədə Avropa Azərbaycan Cəmiyyətinə məlumat verən Jan-Fransua Mansel vurğulayıb: “Mən ona sual verdim ki, Fransa hökumətinin bu məsələ ilə bağlı fikri nədir və münaqişənin Prezident İlham Əliyevin qeyd etdiyi kimi beynəlxalq qaydalara və ədalətə əsaslanaraq sülh və danışıqlar yolu ilə həllinin sürətləndirilməsi üçün hansı addımların atılması planlaşdırılır?”.

Jan-Fransua Mansel Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvüdür. O, həmçinin yeni yaradılmış Azərbaycanın Dostları Cəmiyyətinin prezidentidir.