Xəbərlər
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsində dəyişiklik edilməsi haqqında sənəd imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzaladı.
Sənəddə qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 381; 2016, № 11, maddə 1803) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin 5.7-ci bəndində “Prezidenti yanında Təhsil üzrə Komissiya” sözləri “Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin.