Xəbərlər
Elman Məmmədov: Ermənistanın məqsədi Dağlıq Qarabağ probleminin həllini mümkün qədər uzatmaqdır
«Ermənistan tərəfinin məqsədi Dağlıq Qarabağ probleminin həllini mümkün qədər uzatmaqdır». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, işğalçı dövlət danışıqlar naminə danışıqlar prosesinə qoşulub . Onun sözlərinə görə, bununla da Sarkisyan rejimi guya sülh tərəfdarı olduğunu göstərməyə çalışır.
«Təəssüf ki, Minsk qrupunun həmsədrləri Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində konkret addımlar atmır. Əksinə, biz onların erməni tərəfinə dəstək verdiklərini görürük. Təbii ki, xalqımız həmsədrlərin bu cür fəaliyyətini qəbul etmir. Ona görə də, vasitəçilər Dağlıq Qarabağ probleminin həllində beynəlxalq hüquq normalarını əsas götürməlidirlər. Əgər bu vasitəçilik nəticə verməsə, bu problemi Azərbaycan Ordusu həll edəcək»- deyə, E.Məmmədov vurğulayıb.