Xəbərlər
Prezident İlham Əliyev “ADA” Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzaladı.
Fərmanda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 793) ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”nin 4.4-cü bəndi aşağıdakı redaksiyada verilsin: “Universitetə qəbul planını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir”.