Xəbərlər
Fərhad Hacıyev: Heydər Əliyev siyasəti Azərbaycan gəncliyinin inkişafı üçün yeni imkanlar yaradıb
«Müasir müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib». Bu fikri Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.
F.Hacıyev bildirib ki, məhz Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik yaranıb, respublika iqtisadiyyatı dirçəlməyə başlayıb. Onun sözlərinə görə, Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycan gəncliyinin inkişafı üçün də yeni imkanlar yaradıb.
«Ulu öndər Heydər Əliyev respublikamızı inkişaf yoluna çıxarıb, ölkəmizin firavan gələcəyinin istiqamətini müəyyənləşdirib. Azərbaycan gəncliyi bu amalın gerçəkləşməsi üçün daim Heydər Əliyevin yanında olub. Məhz Ulu öndərin rəhbərliyi ilə dövlət gənclər siyasətinin təməli qoyulub və bu gün bu siyasət uğurla reallaşdırılır. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir»- deyə, F.Hacıyev qeyd edib.