YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Mәmmәdyarov: Azәrbaycan terrorizmi pislәyir, multikultural dialoqa önәm verir

Azәrbaycan terrorizmi pislәyir, multikultural dialoqa önәm verir.

Bu sözlәri IV Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu çәrçivәsindә keçirilən “Dialoqun tәşviqi vә körpülәrin qurulması: Zorakı ekstremizmin qarşısını almaq üçün vasitәlәr” mövzusunda 1-ci plenar sessiyada xarici işlәr naziri Elmar Mәmmәdyarov deyib.

Nazir bildirib ki, mәdәniyyәtlәr arasında әlaqәlәri güclәndirmәk, multikultural dәyәrlәrә üstünlük vermәklә әmәkdaşlığa nail olmaq mümkündür. O deyib: “Ölkәmiz terrorizmdәn әziyyәt çәkib. Әmәkdaşlıq olmadan ekstremizmlә mübarizәdә uğura nail olmaq mümkün deyil. İslamofobiya hallarına rast gәlinir, terrorizm mәdәniyyәt abidәlәrini hәdәfә alır. Ekstremizmlә mübarizәdә tәhsilin rolu böyükdür. Zorakı ekstremizmi birgә sәylәrlә aradan qaldırmalıyıq. Antiekstremizm cәbhәsi formlaşdırmaq zәruridir. Gәnclәrin terror qruplaşmalarına cәlb edilmәsinin qarşısı alınmalıdır. Bu Forum yeni düşüncәlәr üçün yaxşı әsas yaradacaq. Әminәm ki, dialoq böyük irәlilәyişlәrә nail olmağa kömәk edәcәk”.