Xəbərlər
Mayk Hardi: Bu gün mədəniyyətlərarası dialoq olduqca mühüm məsələdir
Bu gün mədəniyyətlərarası dialoq olduqca mühüm məsələdir. Biz elə bir zamanda yaşayırıq ki, bu dialoq əvvəlki illərlə müqayisədə daha çox aktuallıq kəsb etməyə başlayıb.
Bu fikirləri Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, İngiltərənin Koventri Universitetinin professoru Mayk Hardi AZƏRTAC-a müsahibəsində səsləndirib. “Azərbaycan Prezidenti tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı prosesi” uğurlu təşəbbüs, eləcə də nəhəng prosesdir. Həmin vaxtdan etibarən Azərbaycanda təşkil edilən mühüm beynəlxalq tədbirlər bunu təsdiqləyir. Bütün bunların nəticəsində dünya ictimaiyyəti müxtəlif sahələrdə mövcud problemləri, onların həlli istiqamətində görülən işləri daha yaxşı dərk edir. “Bakı prosesi” problemlərin müzakirəsi və həlli istiqamətində birgə fəaliyyət göstərməyin gözəl ənənəsini qoyub”, - deyə M.Hardi bildirib.
Bakıda bir neçə dəfə olduğunu söyləyən professor Mayk Hardi Azərbaycan paytaxtının beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.