Xəbərlər
Bu ilin 7 ayında Azərbaycanda elektron ticarət dövriyyəsi 10,2 faiz artıb
Bu ilin 7 ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyul aylarına nisbətən 10,2 faiz artaraq 1,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, əhali real vaxt rejimində sifariş verdiyi istehlak mallarının 78,3 faizini hüquqi, 21,7 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 90,3 faizi qeyri-ərzaq mallarının payına düşüb.