YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Viktor Dovqan: Ukrayna və Azərbaycan Transxəzər Nəqliyyat Marşrutunun əsas tərkib hissələridir

Ukrayna və Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas tərkib hissələridir.

Bunu XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində (TransCaspian/Translogistica 2017) iştirak edən Ukrayna infrastruktur nazirinin Avropa inteqrasiyası məsələləri üzrə müavini Viktor Dorban deyib.

“TransCaspian/Translogistica 2017 sərgisində iştirak etmək Ukrayna üçün vacibdir, çünki biz bu regionda əməkdaşlığın inkişafında maraqlıyıq, axı Ukrayna və Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas tərkib hissələridir. Ona görə də ölkəmizin sərgidə iştirak edən müəssisələrinə dövlət dəstəyi Ukrayna İnfrastruktur Nazirliyi üçün prioritetdir”, - deyə nazir müavini bildirib.

V.Dovqan deyib ki, sərgidə Ukrayna Dəmir Yolları, yol tikintisi sahəsində avadanlıq hazırlanması və buraxılışı üzrə ixtisaslaşmış böyük maşınqayırma müəssisəsi olan “Kredmaş” Kremençuq Yol Maşınları Zavodu” ASC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün bərə tikintisi layihəsini hazırlamış Odessa Dəniz Mühəndisliyi Bürosu iştirak edir. Yəni, gördüyümüz kimi, bu sərgiyə Ukrayna nəqliyyat sənayesində fəaliyyət göstərən müxtəlif özəl və dövlət biznesindən nümayəndələr göndərib. Arzu edirik ki, iki ölkənin biznes nümayəndələri sərgi vasitəsilə ünsiyyət qursun, əməkdaşlıq üçün imkanlar tapsınlar.

“Mənim üçün Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə məhsuldar görüş, Azərbaycan Dəmir Yolları, Xəzər Dəniz Gəmiçiliyi rəhbərliyi ilə ölkələrimiz arasında nəqliyyat axını tranzitinin inkişafına dair danışıqlar böyük əhəmiyyət kəsb edir. Habelə TRASEKA Beynəlxalq Nəqliyyat Dəhlizinin katibliyi ilə danışıqlar da bu qəbildəndir”, - deyə Viktor Dovqan bildirib.

DİGƏR Xəbərlər Arxiv