Xəbərlər
Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumaya Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram.”