YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: ATƏT-in Minsk qrupu cavab verməlidir

«Erməni tərəfinin cəbhə boyunca atəşkəsi pozması, snayperlərdən istifadə etməsi ATƏT-in Minsk qrupuna, beynəlxalq normalara, əldə olan bütün razılaşmalara məhəl qoymamaqdır». Bu fikirləri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, cəbhədə müşahidə olunanlar bir daha Ermənistanın hər hansı bir razılaşmaya əməl etmək niyyətində olmadığını göstərdi. Onun fikrincə, bütün bunlara görə ATƏT-in Minsk qrupu cavab verməlidir.

«Minsk qrupundan bu vaxta qədər nə işlər gördüklərini, niyə görmədiklərini soruşmaq lazımdır. Təbii ki, mən günahı Ermənistanın arxasında dayanan dövlətlər və ATƏT-in Minsk qrupunda görürəm. Minsk qrupu bütün nüfuzunu və gücünü itirib, ona görə də problemin tənzimlənməsində digər vasitəçilərə ehtiyac var»- deyə, Ç.Qənizadə qeyd edib.