Xəbərlər
Qafqaz Müsəlmanları İdarəsinin sədri Gürcüstana səfər edəcək
Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-də Gürcüstana səfərə yola düşəcək.
QMİ-dən bildiriblər ki, səfər çərçivəsində şeyxülislam A.Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Baş nazir Giorgi Kvirikaşvili və parlamentin sədri İrakli Kobaxidze ilə görüşəcək.
Şeyxülislam Allahşükür Paşazadənin səfər zamanı Gürcüstanda yaşayan azərbaycanlı icmanın üzvləri ilə də görüşü nəzərdə tutulur.