Xəbərlər
Flora Qasımova: İşğalçı Ermənistanda dərin böhran siyasi müstəviyə də keçib

«İşğalçı Ermənistanın ağır sosial-iqtisadi problemlər məngənəsində boğulduğu bütün dünyaya məlumdur. Artıq bu böhran siyasi müstəviyə də keçib». Bu fikirləri Milli Məclisin deputatı Flora Qasımova deyib.
F.Qasımova bildirib ki, təcavüzkar siyasətindən əl çəkməyən bu ölkənin hakimiyyəti vəziyyətdən çıxmaq üçün yollar arayır. Onun sözlərinə görə, vəziyyət hakimiyyətin əleyhinədir.
«Aprelin 2-də Ermənistanda keçirilən saxta parlament seçkiləri əhali ilə hakimiyyət arasında uçurumu daha da dərinləşdirir. Artıq işğalçı ölkədə əhalinin Sarkisyan hakimiyyətinə qarşı etiraz aksiyaları başlayıb və bu proses daha da güclənməkdədir. Beynəlxalq təşkilatların rəyində də ciddi məqamlar var. Seçkinin saxtalaşdırılması ilə bağlı faktlar beynəlxalq müşahidəçilər tərəfindən qeydə alınıb. Ermənistandakı seçkilərlə bağlı hesabatlar bir daha Sarksiyan hakimiyyətinin iç üzünü dünya ictimaiyyətinə nümayiş etdirir»- deyə, F.Qasımova vurğulayıb.