Xəbərlər
YAP Gənclər Birliyinın üzvləri Türkiyəyə rəsmi səfər ediblər
Türkiyədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Ədalət və İnkişaf Partiyasının təbliğat işində iştirak etmək üçün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndə heyəti bu ölkəyə rəsmi səfərə dəvət edilib.
“Prezident seçkilərində Ədalət və İnkişaf Partiyasının Gənclik Qollarının Təcrübə Mübadiləsi Proqramı” çərçivəsində avqust ayının 06-11-də həyata keçiriləcək səfərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinın sədri Seymur Orucov, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Həsən Daşdəmirov və YAP Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov təmsil olunacaqlar.
Səfər çərçivəsində rəsmi görüşlərin keçirilməsi, qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi proqramlarının daha tez-tez reallaşdırılması üçün müzakirələr də aparılacaq.