Xəbərlər
BMT-nin baş katibi: Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün substantiv danışıqlar bərpa edilməlidir
BMT-nin baş katibi Antonio Quterreş Dağlıq Qarabağda qoşunların təmas xəttində toqquşmaların baş verməsi ilə bağlı son xəbərlərdən narahatlığını bildirib.
Bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi mətbuat konfransında məlumat verib. O, baş katibin ATƏT-in Minsk qrupunun həmsədrlərinin gərginliyin azaldılması və dərinləşməsinin qarşısının alınması istiqamətində səylərini dəstəklədiyini diqqətə çatdırıb. “BMT-nin baş katibi tərəfləri atəşkəs rejiminə əməl etməyə və münaqişənin tezliklə həllinə nail olmaq üçün substantiv danışıqları bərpa etməyə çağırır”, - deyə S.Düjarrik vurğulayıb.