Xəbərlər
Prezident İlham Əliyev Küveyt Dövləti Nazirlər Kabinetinin Sədri Əlahəzrət şeyx Cabir əl-Mübarək əl-Həməd əs-Sabaha təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövləti Nazirlər Kabinetinin Sədri Əlahəzrət şeyx Cabir əl-Mübarək əl-Həməd əs-Sabaha Küveyt Dövlətinin milli bayramı münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına daim əmin-amanlıq və rifah diləyirəm.”