Xəbərlər
Prezident İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsi haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev avqustun 1-də Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi ilə bağlı layihələndirmə işlərini təmin etmək üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2 milyon manat ayrılıb.