Xəbərlər
İstehsalçılara 68,5 milyon manat dəyərində müxtəlif kənd təsərrüfatı maşın və avadanlıqları satılıb
Kənd təsərrüfatının texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ölkədə bir sıra mühüm işlər görülür.
2014-cü ilin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 68,5 milyon manat dəyərində 504 ədəd taxılyığan kombayn, 499 ədəd müxtəlif növ traktor, 355 ədəd kotan, 44 ədəd səpici aqreqat, habelə 42 ədəd otbiçən, 30 ədəd çiləyici və tozlayıcı maşınlar, 22 ədəd ot dırmıqları, 15 ədəd gübrəsəpən maşın və 55 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb.