Xəbərlər
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrovu, ölkəsinin milli bayramı münasibəti ilə təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrova, bu ölkənin milli bayramı – Avstraliya günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Son illərdə Azərbaycan-Avstraliya əlaqələrinin genişlənməsi məmnunluq doğurur. Dost ölkələrimiz arasındakı əməkdaşlıq həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində müvəffəqiyyətlə davam etməkdədir.”