Xəbərlər
Sevinc Fətəliyeva: Ölkəmizin inkişafı beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur
«Müstəqil, suveren Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan şəkildə gəlib çatmayıb. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı beynəlxalq aləmdə nüfuzlu dövlətə çevirib». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, bu gün Azərbaycan demokratik dəyərlərə sadiq, müstəqil inkişaf yoluna malik olan sosial dövlət kimi tanınır. Onun sözlərinə görə, ölkəmizin inkişafı beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur.
«Bütövlükdə, bu gün müstəqil Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir. Əldə olunmuş inkişaf göstərir ki, müstəqil Azərbaycanın seçdiyi yol dövlətçilik maraqlarına və xalqın iradəsinə əsaslanır. İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etməsi, eləcə də beynəlxalq müstəvidə nüfuzunun artması inkarolunmaz reallıqdır»- deyə, S.Fətəliyeva qeyd edib.