YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Aİ-nin işğalçı Ermənistana ciddi sanksiyalar tətbiq etmək imkanı var

«Azərbaycanla  Avropa İttifaqı arasında əlaqələr yaxşı səviyyədədir. Xüsusilə enerji təhlükəsizliyi məsələsində sıx əməkdaşlıq mövcuddur. Amma təəssüf ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar prinsipial mövqe nümayiş etdirmir». Bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Aİ-nin işğalçı Ermənistana ciddi iqtisadi sanksiyalar tətbiq etmək imkanı var. Onun sözlərinə görə, amma təşkilat bunun etmək niyyətində deyil. 

«Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Herbert Salber fəal siyasətçidir. Azərbaycan Prezidenti onu qəbul edərkən ölkəmizin münaqişə ilə bağlı mövqeyini diqqətə çatdırıb. Hesab edirəm ki, beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün ciddi addımlar atmalıdır. Əks halda, Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad etməyə məcbur olacaq»- deyə, R.Musabəyov qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv