Xəbərlər
Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb
Cari ilin iyun ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, iyun ayında hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 5,1 faiz ucuzlaşma, digər xarici ölkələr üzrə 2 faiz bahalaşma müşahidə olunub.
İyun ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,7 faiz bahalaşıb.
MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 12,9 faiz bahalaşıb, dəniz nəqliyyatında isə yükdaşıma tarifləri 1 faiz ucuzlaşıb.
Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 2,9 faiz bahalaşma müşahidə olunub.