Xəbərlər
Azərbaycan ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında qarşılıqlı əlaqələr müzakirə olunub
İyulun 24-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Dura ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə BQXK ilə ölkəmiz arasında qarşılıqlı əlaqələr, həyata keçirilən fəaliyyət, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və humanitar əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.