YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Alsu: Leyla xanım təsirli şeirlər yazır

Xəbər verdiyimiz kimi, tanınmış rusiyalı müğənni Alsu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə yazılmış “Mən gedim bir az ağlayım” (“Я пойду чуть-чуть поплачу”) mahnısını ifa edib. Bir neçə gün əvvəl Alsu həmin mahnıya çəkilmiş klipi pərəstişkarları ilə paylaşıb.

Tanınmış rusiyalı müğənni AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində yeni mahnı üzərindəki işi, Leyla Əliyevanın yaradıcılığı və Bakıdakı pərəstişkarları ilə bir daha nə vaxt görüşəcəyi barədə danışıb.

Alsu Ralifovna qeyd edib ki, Leyla xanım olduqca yaradıcı insandır və təsirli, duyğulu şeirlər yazır: “Onun “Mən gedim bir az ağlayım” şeirini mahnıya köçürdük. Sözlər, melodiya – hər şey daxili vəziyyətimlə üst-üstə düşdü. Ümumiyyətlə, lirik mahnılar mənə daha yaxındır. Buna görə də taleyimdən razıyam ki, repertuarımda “Mən gedim bir az ağlayım” mahnısı var."

Rusiyalı müğənni bildirib ki, Leyla Əliyeva tez-tez öz yaradıcılıq nümunələrini “Instagram”da yerləşdirir və mən məmnunluqla onun şeirləri ilə tanış oluram: “Təəssüf ki, şeirlər toplusu hələlik məndə yoxdur, amma bir gün müəllif nüsxəsini əldə etməyə ümid edirəm.”

Alsu Ralifovna Azərbaycanda tez-tez olduğunu bildirərək qeyd edib ki, cox məmnunam ki, həyat yoldaşımın doğma şəhəri mənə çox nəzakətli münasibət göstərir: “Azərbaycanda mənim fan-klubumun sadiq üzvləri var. Hər dəfə biz Bakıya gələndə, mən çıxış etmək dəvətini böyük minnətdarlıq hissi ilə qəbul edirəm. Ümid edirəm ki, növbəti dəfə istisna olmayacaq.”