Xəbərlər
Milli Məclisin komitələrinin birgə iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi davam edir
Dekabrın 2-də Milli Məclisdə Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfi gənclər və idman, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, hüquq siyasəti və dövlət quruculuğu, regional məsələlər komitələrinin birgə iclasında müzakirə edilir.
Milli Məclisin sədr müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetalarının daxil olduğunu deyib.
Milli Məclisin sədrinin müavini bildirib ki, əsas məqsəd makroiqtisadi sabitliyi qorumaq, iqtisadi inkişafı təmin etmək, ölkənin müdafiə qabiliyyətini gücləndirmək və əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Qeyd edib ki, Milli Məclisə təqdim edilən gələn ilin büdcəsinin layihəsində mövcud vəziyyət, valyutaların məzənnələri, eləcə də riskləri, dünyada gedən proseslər nəzərə alınıb.
Daha sonra maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsinin layihəsinin əsas parametrləri barədə məlumat verib.