Xəbərlər
Jalə Əliyeva: Azərbaycan milli mətbuatı ötən illər ərzində şərəfli yol keçib
«Azərbaycan milli mətbuatı ötən illər ərzində şərəfli yol keçib». Bu fikri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
J.Əliyeva bildirib ki, demokratik cəmiyyətin əsas atributlarından biri söz və mətbuat azadlığıdır. Onun sözlərinə görə, ölkəmizdə söz azadlığı yüksək səviyyədə təmin olunub.
«Təbii ki, Azərbaycanda mətbuatın inkişafı Ulu öndər Heydər Əliyev adı ilə bağlıdır. Ulu öndər həmişə mətbuatımıza düzgün yol göstərirdi. Ümummilli liderimiz Azərbaycanda bütün sahələrdə olduğu kimi mətbuatın inkişafına da xüsusi diqqət göstərib. Bu gün isə Prezident İlham Əliyev Heydər Əliyevin bu istiqamətdəki siyasətini uğurla davam etdirir»- deyə, deputat qeyd edib.