Xəbərlər
Britaniya səfiri: Qarabağ münaqişəsinin həlli bütün regiona xeyir gətirəcək
Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq səyləri dəstəkləyir. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycana deyil, bütün regiona xeyir gətirəcək.
Səfir bildirib: "Biz insan itkilərini görmək istəmirik və ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həlli üzrə səylərini dəstəkləyirik".