YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 31-ci cildi çapdan çıxıb.

Nəşrin bu cildi Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyanın ticarət və investisiyalar naziri Diqbi Consu qəbul etməsinə dair material ilə başlanır.

Dövlətimizin başçısının bu yazının sərlövhəsinə çıxarılmış sözləri Azərbaycan parlamentinin 90 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda söylədiyi nitqindən götürülüb. Prezident deyib: “Bu gün bizim qarşımızda yeni vəzifələr dayanır, yeni çağırışlar dayanır və biz bunlara hazır olmalıyıq. Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək. Bu siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir, milli maraqlarımızı qoruyur və Azərbaycan əhalisinin rifah halının yaxşılaşmasına xidmət edir. Siyasi proseslərin müsbət istiqamətdə inkişaf etməsi, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, xalqla iqtidar arasında birliyin möhkəmlənməsi – bütün bu amillər ölkəmizin hərtərəfli inkişafı üçün gözəl şərait yaradır”.

Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2008-ci ilin iyunundan avqustunadək olan dövrü əhatə edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabında dövlətimizin başçısının MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə, GUAM dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Gürcüstanın Batumi şəhərinə səfərləri, habelə Batumidə keçirdiyi görüşlərə dair materiallar yer alıb. Kitabda Prezident İlham Əliyevin Astananın 10 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak etməsi üçün Qazaxıstana işgüzar səfəri çərçivəsində Prezident Nursultan Nazarbayevlə, eləcə də Astanada İordaniya Kralı II Abdullah və Türkiyə Prezidenti Abdullah Gül ilə görüşlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlqoyma mərasimində iştirak etməsinin, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunları ilə əlaqədar Çin Xalq Respublikasına səfərinin materialları da toplanıb.

Bu cilddə dövlətimizin başçısının Bakıya rəsmi səfərə gəlmiş Ukrayna Prezidenti Viktor Yuşşenko, Rusiya Prezidenti Dmitri Medvedev ilə görüşlərinə, habelə Böyük Britaniyanın York Hersoqu şahzadə Endryunu, eləcə də İranın, Rusiyanın, Türkiyənin, Belçikanın, Səudiyyə Ərəbistanının, Belarusun, Polşanın, Rumıniyanın, Moldovanın, Pakistanın, İordaniyanın, ABŞ-ın və digər ölkələrin, beynəlxalq təşkilatların və şirkətlərin yüksək vəzifəli şəxslərini qəbul etməsinə dair materiallar verilib.

Nəşrdə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının söylədiyi nitq, respublikada aparılan abadlıq və quruculuq işləri ilə yaxından tanışlığına dair materiallar, “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Bakı Forumunun, Ombudsmanların VI Bakı Beynəlxalq Konfransının iştirakçılarına müraciətləri, habelə müxtəlif çıxışları, məktubları, bəyanatları yer alıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 31-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

DİGƏR Xəbərlər Arxiv