YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sədrinin müavini Əli Əhmədov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov oktyabrın 11-də Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşezi partiyanın mənzil qərargahında qəbul edib. 

Görüşdə Azərbaycan ilə Fransa arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. YAP Sədrinin müavini Əli Əhmədov qeyd edib ki, üst-üstə düşən maraqlar iki ölkə arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir. Öz növbəsində, xanım O.Buşez Fransanın regiondakı əsas tərəfdaşlarından biri olan Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov görüşdə iştirak edib.