YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Konstitusiya dəyişikliklərindən sonra islahatlar daha da sürətlənəcək

«Hazırkı reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, sosial rifahın yaxşılaşdırılmasını və iqtisadi inkişafın davamlılığının təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Lakin burada əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və düzgün idarəetmə mexanizminin formalaşdırılmasıdır. Məhz Konstitusiya islahatlarının əsasında dayanan amillərdən biri də bu məsələdir». Bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc deyib. 

Z.Oruc bildirib ki, ölkəmizdə həyata keçirilən institusional islahatların əsasında güclü siyasi iradə dayanır. Onun sözlərinə görə, Azərbaycan dövləti vətəndaşların rahatlığının təmin olunması, idarəetmə sisteminin təkmilləşdirilməsi, həyata keçirilən islahatların davamlılığının təmin olunması və bu qəbildən olan digər məsələləri xüsusi diqqət mərkəzində saxlayır.

«Təbii ki, Konstitusiya islahatlarından sonra bu proses daha da sürətlənəcək. Bütövlükdə isə referendumun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəklədiyini təsdiqlədi. Məhz bu amil bundan sonrakı dövrdə ölkəmizin inkişaf siyasətinin daha böyük əzmlə, qətiyyətlə həyata keçirilməsini şərtləndirir»- deyə, Z.Oruc qeyd edib.