YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Payız sessiyasına biz yüksək əhval-ruhiyyə ilə başlayırıq

«Payız sessiyasına biz yüksək əhval-ruhiyyə ilə başlayırıq. Bu günlərdə ölkəmizin siyasi həyatında çox mühüm bir hadisə baş vermişdir. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir». Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün başlayan payız sessiyasının açılışında çıxışı zamanı deyib.

O.Əsədov bildirib ki, bütün yerli və xarici müşahidəçilərin rəyinə görə ümumxalq səsverməsi demokratik və şəffaf şəraitdə keçmişdir. Onun sözlərinə görə, bu səsvermə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətə xalqın güclü dəstəyini nümayiş etdirmişdir.

«Ümumiyyətlə, payız sessiyası qısa olsa da, çoxlu müzakirə edilməli məsələlər var. Bu sessiyada biz Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsini və digər sənədləri müzakirə və qəbul edəcəyik»- deyə, O.Əsədov vurğulayıb.