Xəbərlər
Adam Marşalek: Humanitar Forum problemlərdən çıxış yollarını müzakirə etmək fürsəti yaradır
Bakı Beynəlxalq Humanitar Forumu dünyanı düşündürən bir çox qlobal problemlərdən çıxış yollarını müzakirə etmək fürsəti verir.
Bu sözləri Forumun iştirakçısı, “Marşalek holdinq” nəşr evi idarə heyətinin sədri Adam Marşalek AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilən mövzular olduqca aktualdır. Forum müxtəlif baxışları tutuşdurmaq və dünyada yaranmış mövcud vəziyyətdən çıxış imkanlarını müzakirə etmək fürsəti verir.
“Prezident İlham Əliyevin çıxışı həmsöhbət olduğum insanların hamısının xoşuna gəlib. Fikrimcə, çoxları onun fikirləri ilə razılaşacaq və öz fikri kimi qəbul edəcək”, - deyə A.Marşalek vurğulayıb.