YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşdiyini nümayiş etdirdi

«Azərbaycan Respublikasının ictimai-siyasi həyatında çox mühüm bir hadisə olan referendum uğurla başa çatdı. Referendumda xalq yüksək fəallıq nümayiş etdirdi. İlkin nəticələrə görə referendumda iştirak edenlərin tam əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya təklif edilən dəyişikliklərə «hə» dedi». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşdiyini, Onun siyasətini dəstəklədiyini növbəti dəfə nümayiş etdirdi. Millət vəkilinin fikrincə, bu fakt Azərbaycanı istəməyə xarici dairələrə də tutarlı cavabdır.

«Möhtərəm Prezidentimiz həmişə qeyd edir ki, Azərbaycanda aparılan siysasət sosialyönümlü siyasətdir və bu siyasətin mərkəzində Azərbaycan vətandaşı dayanır. Azərbaycan xalqı bu siyasətə cavab olaraq həmişə olduğu kimi bu dəfə də öz Prezidentini dəstəklədi və bir daha sübut olundu ki Azərbaycan xalqı öz Prezidenti ilə birdir. Xalq dövlət başçısının başladığı və uğurla davam etdirdiyi Azərbaycanın sürətli inkişafını təmin edən, əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşdırılmasını təmin edən siyasətini dəstəkləyərək bu siyasətin davam etdirilməsinə səs verdi. Konstitusiyaya edilən əlavə və dəyişikliklər bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafının müasir mərhələsində onun həyat fəaliyyətinin əsas sahələrini əhatə edir. Bu dəyişikliklər ölkədə başlamış iqtisadi islahatların sürətləndirilməsinə və genişləndirməsinə, qeyri-neft sektorunun birinci növbədə kənd təsərüfatının ənənəvi sahələrinin inkişafına , dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə, əhalinin sosial vəziyyətinin dahada yaxşılaşdırılması məqsədi ilə yeni sosial lahiyələrin yerinə yetirilməsinə təkan verəcək. Referendumun uğurla başa çatması münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edirəm, Azərbaycanın inkişafı və daha da qüdrətlənməsi sahəsində qarşıda duran bütün vəzifələrinin həyata keçirilməsində uğurlar diləyirəm»- deyə, R.Əliyev vurğulayıb.