Xəbərlər
Azərbaycanda ümumxalq səsverməsi vaxtında başlayıb
Sentyabrın 26-da səhər saat 8:00-da Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) başlayıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçkilər” İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında jurnalistlərə Azərbaycanda keçirilən referendum barədə məlumat verib. Diqqətə çatdırıb ki, ümumxalq səsverməsində iştirakı gözlənilən 5 milyon 300 minə yaxın vətəndaşın səs verməsi üçün 5 min 627 məntəqədə hər cür şərait yaradılıb. Bütün məntəqələr müşahidəçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün açıqdır. Səsverməni 33 ölkədən 117 beynəlxalq müşahidəçi izləyəcək.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra ümumxalq səsverməsi başlayıb.