YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər günün reallığı və tələblərindən irəli gəlir

«Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər günün reallığı və tələblərindən irəli gəlir». Bu fikirləri Milli Məclisin deputatı, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, bu dəyişikliklər  ölkəmizin daha da inkişafının, gücünün, qüdrətinin artmasını, onun təhlükəsizlik sisteminin möhkəmlənməsini şərtləndirir.

«Burada cəmiyyətdən gələn sosial sifarişlər də mühüm rola malikdir. Azərbaycanda 2009-cu ildə keçirilmiş referendumdan sonrakı 7 il ərzində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən əsaslı dəyişikliklər, regionda və dünyada cərəyan edən proseslər, yeni qlobal çağırışlar, dövrün reallıqları konstitusiyamızın bu tələblərə uyğunlaşdırılmasını da zəruri edir. Referendum Aktı çərçivəsində təklif edilən dəyişiklikləri də, ilk növbədə, ölkədə aparılan siyasi və iqtisadi islahatların davamıdır»- deyə, N.Cəfərov vurğulayıb.