Xəbərlər
İsa Həbibbəyli: Gələcəyimizin etibarlı təminatı məhz dəstəkləyəcəyimiz yeniliklərin tətbiqi ilə bilavasitə bağlıdır
«Konstitusiyamıza təklif olunan dəyişikliklər hüquqi və sosial xarakterlidir». Bu fikri Milli Məclisin komitə sədri, akademik İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli bildirib ki, gələcəyimizin etibarlı təminatı məhz dəstəkləyəcəyimiz yeniliklərin tətbiqi ilə bilavasitə bağlıdır. Onun sözlərinə görə, Konstitusiyada dəyişikliyə o zaman zərurət yaranır ki, qanunlar inkişaf edən ölkənin bu günki surəti ilə ayaqlaşmır.
«Yəni qanunlar zamanın tələbinə görə tənzimlənməli, tarazlanmalıdır. Müstəqillik əldə etdiyimiz 25 ildə Azərbaycanın ictimai-siyasi həyatında, iqtisadiyyatında, aqrar sahədə, sənayedə böyük dəyişikliklər baş verib. Ölkənin ictimai- siyasi həyatına yeniliklər bəxş edən prezident, parlament, bələdiyyə seçkiləri keçirilib. Yəni qüdrətlənən Azərbaycanın sabahına məhz bu gün əldə olunan nailiyyətlərin daha böyük miqyasda tətbiqi ilə nail olmaq mümkündür. Buna görə də müasir dövrümüzdə yaranan tələbatın ödənilməsi baxımından Ali Qanunnumuzda dəyişikliklərə ciddi ehtiyac vardır və ümumxalq səsverməsi zəruridir»- deyə, İ.Həbibbəyli vurğulayıb.