Xəbərlər
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının üçüncü turu başa çatıb
Sentyabrın 4-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının üçüncü turu keçirilib.
Olimpiadanın üçüncü turunda kişilərin yarışında Azərbaycanın birinci komandası Macarıstana 3:1 hesabı ilə qalib gəlib. İkinci komandamız 1:3 hesabı ilə məğlub olub. Üçüncü komandamız isə livanlı rəqibləri üzərində təmiz qələbə qazanıblar.
Qadınların yarışında isə Azərbaycanın birinci komandası Polşa üzərində 2,5:1,5 hesabı ilə qələbə qazanıb. İkinci komanda Almaniya yığması ilə sülh bağlayıb. Üçüncü komandamız isə Qırğızıstanı 4:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, Olimpiadada rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışında isə 142 milli komanda mübarizə aparır.