Xəbərlər
Nazir: Ölkənin təhsil sistemi müasir çağırışların öhdəsindən gələcək

«Ölkəmizdə təhsil sistemi innovasiyalara mövcud maraq nəzərə alınmaqla qarşısında dayanan çağırışların öhdəsindən gələcək». Bu fikri təhsil naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov bildirib ki, təhsilin inkişafı ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Onun sözlərinə görə, bu layihələr özündə yenilikləri, innovasiyasını ifadə edir.
«Görülən işlər nəticəsində təhsilimiz öz hədəflərinə nail olacaq. Bunu üçün dövlət tərəfindən bütün lazımi addımlar atılır»- deyə, M.Cabbarov vurğulayıb.